Azərbaycan paraüzgüçüsü Raman Saley (S12 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında finala vəsiqə qazanıb.

Rekord.az xəbər verir ki, idmançı 100 metr məsafəyə "butterfly" (kəpənək) üsulla üzmədə çıxış edib.

O, finişə 58.16 saniyəyə çatıb.

Saley 13 iştirakçı arasında ikinci olub. İlk 8 yeri tutan paraüzgüçü həlledici raundda mübarizə aparacaq.

Final mərhələsi Bakı vaxtı ilə saat 19:30-da start götürəcək. Paris-2024 sentyabrın 8-də başa çatacaq.