5-6 fevral tarixlərində Fransanın paytaxtı Parisdə Böyük Dəbilqə yarışı baş tutacaq.

Rekord.az-ın xəbərinə görə, ilin ilk ciddi yarışı olan turnirdə cüdo millimiz əsas heyətlə mübarizə aparacaq.

Altı idmançımız Fransaya yola düşəcək. Bunlar Kəramət Hüseynov (-60 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi -73 kq), Məmmədəli Mehdiyev (-90 kq), Zelim Kotsoyev (-100 kq) və Uşanqi Kokauridir (+100 kq).

Qeyd edək ki, bu ay cüdo millimiz ikinci heyətlə Portuqaliyanın Almada şəhərində keçirilmiş Qran Pri yarışında iştirak edib. Beş idmançı ilə mübarizə aparan komandamız turnirdə bir gümüş medal qazanıb. Balabəy Ağayev 66 kq çəki dərəcəsində ikinci olub. (oxu.az)