“Parisə qızıl medal üçün gəlmişdim”
- 11 Avq 2024 17:00
- 281
“Paris-2024” Yay Olimpiya Oyunlarında bürünc medal qazanan Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov bununla bağlı fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, 97 kiloqram çəki dərəcəsində fəxri kürsüyə qalxan idmançı Parisə qızıl medal üçün gəldiyini, lakin istəyinə çata bilmədiyini söyləyib:
"Nəticəmdən razıyam. Medalsız da qala bilərdim. Amma bura qızıl medal üçün gəlmişdim. Özümü buna hazırlasam da, istəyimi reallaşdıra bilmədim. İllik hazırlıq prosesi plana uyğun getmişdi.
Bundan sonrakı planlarım? Hələ ki, evə gedib dincəlmək və bərpa prosesi keçməyi düşünürəm. Sonrasına baxarıq".