İtaliyanın “Parma” klubu baş məşqçisi Roberto D`Aversanı istefaya göndərib.

Rekord.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

D`Aversa “Parma”nı 2016-cı ildən çalışdırırdı. Komanda onun rəhbərliyi altında geridə qalan mövsümü 11-ci pillədə başa vurub.