“Partizan”ın futbolçusu üçün Azərbaycan variantı
- 28 İyl 2020 18:00
- 658
Son klubu Serbiya “Partizan”ı olan Nemanya Stevanoviç karyerasını Azərbaycanda davam etdirə bilər.
Rekord.az xəbər verir ki, bu barədə “telegraf.rs” saytı məlumat yayıb.
Xəbərdə, 28 yaşlı serbiyalı qapıçının Azərbaycan, Türkiyə və Kipr klublarından təkliflər aldığı bildirilib. Futbolçunun karyerasını bu üç ölkədən birində davam etdirəcəyi qeyd olunub.
Stevanoviç “Partizan”da son mövsümdə 5 oyunda iştirak edib. Serbiya təmsilçisi qapıçının iyunun 30-da bitən müqaviləsini uzatmaq istəsə də, futbolçu bununla razılaşmayıb. Stevanoviç ölkə xaricində forma geyinmək niyyətindədir.
Stevanoviç karyerası ərzində yalnız Serbiya klublarında forma geyinib. O, daha əvvəl “Belqrad”, “Çukariçki”, “Rad”, “Teleoptik” kimi komandalarda çıxış edib.