Paşayev oynadı, komandası 4 qola sevindi
- 23 May 2020 12:20
- 678
Ukraynanın “Aleksandriya” klubu iki aylıq fasilədən sonra ilk dəfə oyun keçirib.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Pavel Paşayevin formasını geyindiyi sözügedən klub “Vorskla” ilə qarşılaşıb.
Altı qolun qeydə alındığı matçda “Aleksandriya” qələbə qazanan tərəf olub – 4:2. Paşayev də bu görüşün iştirakçısı olub.
Qeyd edək ki, Ukrayna Premyer Liqası koronavirus pandemiyasına görə martdan etibarən dayandırılıb. Mayın 30-dan isə çempionatın yenidən bərpa olunacağı açıqlanıb.