Ukraynanın “Aleksandriya” klubu növbəti yoxlama oyununu keçirib.

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Pavel Paşayevin formasını geyindiyi sözügedən klub “Çerkaşina” ilə qarşılaşıb.

“Aleksandriya” aşağı liqa təmsilçisi ilə oyunda darmadağına sevinib - 5:0. Paşayev də bu görüşün iştirakçısı olub.

Qeyd edək ki, Ukrayna Premyer Liqası koronavirus pandemiyasına görə martdan etibarən dayandırılıb. Mayın 30-dan isə çempionatın yenidən bərpa olunacağı açıqlanıb.