Ukraynanın “Aleksandriya” klubu növbəti yoxlama oyununu keçirib.

Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi Premyer Liqa təmsilçisi Bolqarıstanın “Levski” klubu ilə qarşılaşıb.

Paşayevin komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1. Pavel də bu görüşün iştirakçısı olub. O, ikinci hissədə meydana daxil olub və 45 dəqiqə mübarizə aparıb.