![photo](https://www.rekord.az/storage/uploads/5/pavel-pasayev-8.jpg)
Paşayev oynamadı, “Aleksandriya” uduzdu
- 21 Mar 2021 19:30
- 567
Futbol üzrə Ukrayna Premyer Liqasında 19-cu turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “İnhulets”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
Paşayev bu görüşün iştirakçısı olmayıb. Onun adı bu qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
“Aleksandriya” 19 turdan sonra 26 xalla 14 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.