Futbol üzrə Ukrayna kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.

Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Pavel Paşayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.

1/4 final mərhələsində Kiyev “Dinamo”su ilə qarşılaşan “Aleksandriya”, əsas vaxtı 0:0 bitən qarşılaşmanın 106-cı dəqiqəsində qol buraxaraq, məğlub olub – 0:1.

Paşayev sözügedən qarşılaşmanın iştirakçısı olmayıb. O, sonadək ehtiyat oyunçular skamyasında əyləşib.