Paşayevin komandası mövsümün son matçında uduzdu
- 09 May 2021 20:30
- 540
Futbol üzrə Ukrayna Premyer Liqasında 2020/21 mövsümünə yekun vurulub.
Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” da növbəti matçına çıxıb.
Sözügedən komanda 26-cı tur çərçivəsində səfərdə “Zarya” ilə qarşılaşıb. “Aleksandriya” bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
Pavel bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
“Aleksandriya” 26 oyuna topladığı 29 xalla 14 kollektiv arasında 9-cu yeri tutub.
Paşayev geridə qalan mövsümdə Premyer Liqa çərçivəsində 20 oyuna çıxıb. O, bu görüşlərdə 9 sarı vərəqə ilə cəzalanıb.