Futbol üzrə Ukrayna Premyer Liqasında 27-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə Donetsk “Şaxtyor”u ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 2:3 hesablı məğlubiyyətlə ayrılıb.

Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin üzvü 59-cu dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

“Aleksandriya” 27 turdan sonra 43 xalla çempionluq uğrunda mübarizə aparan ilk altılıqda 5-ci pillədə qərarlaşıb.