Türkiyənin İstanbul şəhərində Türkiyə Futbol Federasiyasının Hakimlər Akademiyası tərəfindən təşkil edilən "Hakem Eğitimcisi Kursu" öz işinə başlayıb.

 

Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 13-dək davam edəcək kursda AFFA Hakimlər Komitəsinin üzvü Ömər Paşayev və hakim-inspektor Rəhim Həsənov iştirak edirlər.