Futbol üzrə Ukrayna kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən komanda Luqansk “Zarya”ası ilə üz-üzə gəlib. 20-ci dəqiqədə qapısında qol görən “Aleksandriya” buraxılan topun əvəziini 90+1-ci dəqiqədə çıxa bilib. Əlavə vaxtda başqa qol vurulmadığından, qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələrdə daha dəqiq olan “Zarya” 4:3 hesabıyla qalib gələrək “Aleksandriya”nı mübarizədən kənarlaşdırıb.

Paşayev də bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana çıxıb və sonadək mübarizə aparıb.