Avropa Liqasının pley-off mərhələsində bu gün Polşanın “Legiya” klubu ilə qarşılaşacaq “Qarabağ” müdafiəçisi Donald Geryeyə qoşulub.

Rekord.az xəbər verir ki, pasport problemi ucbatından komanda ilə birlikdə Varşavaya yollana bilməyən haitili futbolçu artıq adıçəkilən şəhərdədir.

Bunu Gerye özü Polşa mətbuatına açıqlamasında bildirib. O, gecə saatlarında Varşavaya çatdığını söyləyib. Artıq kollektivlə birlikdə olan 31 yaşlı cinah oyunçusu Polşa Ordu Stadionunda keçiriləcək qarşılaşmada məşqçilər korpusunun ixtiyarında olacaq.

Qeyd edək ki, “Legiya” – “Qarabağ” oyununa Bakı vaxtı ilə 22:00-da start veriləcək.