Braziliya millisinin sabiq futbolçusu Aleşandre Pato karyerasını Amerikada davam etdirməyə yaxındır. 

Rekord.az xəbər verir ki, hücumçu Şimali və Cənubi Amerika arasında seçim etməlidir. 

Ötən ilin avqustunda Braziliyanın "San-Paulu” klubundan ayrılandan sonra azad agent statusu alan Patonun xidmətində Argentinada "Argentinos Xuniors”, ABŞ-da "Orlando Siti” maraqlıdır.

Hər iki klubun nümayəndələri futbolçunun agenti ilə danışıqlara başlayıb. Patoya iki illik müqavilə təklif olunub. Qərar verməkdə tələsməyən forvardın özü Avropada oynamaq arzusundadır.