Paytaxt klubu baş məşqçini istefaya göndərdi
- 2024-09-18 12:18
- 93
"Roma" baş məşqçisi Deniele De Rossini istefaya göndərib.
Rekord.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.
Paytaxt təmsilçisi De Rossiyə fəaliyyətinə görə təşəkkür edib. İtaliya mətbuatı De Rossinin uğursuz nəticələrə görə istefaya göndirildiyini bildirir.
"Roma" hazırda A Seriyasında 4 oyundan 3 xalla 16-cı yeri tutur.