Paytaxt klubu futbolçuların maaşlarını 40 faiz azaldır
- 14 Apr 2020 12:41
- 588
Portuqaliyanın “Sportinq” klubu futbolçularının məvaciblərini azaldacaq.
Rekord.az xəbər verir ki, Lissabon təmsilçisinin rəhbərliyi koronavirusa görə yarana biləcək maliyyə böhranını minimuma endirmək üçün bu addımı atır. Bu barədə Portuqaliya mətbuatı məlumat yayıb.
“Sportinq” aprel, may və iyun üçün futbolçularının məvaciblərini 40 faiz azaldacaq. Klubun İdarə Heyətinin üzvlərinin maaşlarında isə 50 faizlik endirim olacaq.