Paytaxt klubuda yeni müqavilə
- 11 Okt 2019 14:42
- 872
İtaliyanın “Latsio” klubu futbolçusu Xoakin Korreanın müqaviləsinin müddətini uzadıb.
Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi 25 yaşlı yarımmüdafiəçi ilə müddəti 2024-cü ilə qədər olan sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
2018-ci ildə “Sevilya”dan “Latsio”ya keçən Xoakinin əvvəlki müqaviləsi 2023-cü ilə qədər idi.
Argentina millisinin də formasını geyinən oyunçu, bu mövsüm A Seriyasında iştirak etdiyi 7 oyunda 1 qol vurub.