Yeni mövsümə hazırlığını davam etdirən İtaliyanın “Latsio” klubu ciddi itki ilə üzləşib.

Rekord.az xəbər verir ki, paytaxt təmsilçisinin müdafiəçisi Luis Felipe sıradan çıxıb.

Ayaq biləyindən zədələnən futbolçunun vəziyyətinin ciddi olduğu bildirilir. 23 yaşlı futbolçu bu gün tibbi müayinədən keçəcək və bundan sonra yaşıl meydanlardan nə qədər uzaq qalacağı dəqiqləşəcək.

“Latsio” yeni mövsümdə ilk oyununu sentyabrın 26-da “Kalyari”yə qarşı keçirəcək.