Paytaxt klubunda ciddi itki
- 27 Fev 2021 19:00
- 737
İtaliyanın “Roma” klubu ciddi itki ilə üzləşib.
Rekord.az xəbər verir ki, paytaxt təmsilçisinin hücumçusu Edin Dzeko zədələnib.
34 yaşlı futbolçu Avropa Liqasının 1/16 final mərhələsinin “Braqa” ilə cavab oyununda (3:1) sıradan çıxıb.
Dzekonun azı iki həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Bosniya və Heseqovina yığmasının da üzvü olan hücumçu A Seriyasının 24-cü turunun “Milan”la matçını buraxacaq.
“Roma” – “Milan” görüşü sabah - fevralın 28-də baş tutacaq.