Paytaxt klubunda ciddi itki
- 2021-04-07 11:20
- 513
İtaliyanın “Roma” klubu ciddi itki ilə üzləşib.
Rekord.az xəbər verir ki, paytaxt təmsilçisinin futbolçusu Stefan El-Şaaravi zədələnib.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, 27 yaşlı yarımmüdafiəçinin azı 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
El-Şaaravi A Seriyasının 29-cu turunun “Sassuolo” ilə səfər matçında (2:2) zədələnib. Yarımmüdafiəçi bu mövsüm 11 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.