Paytaxt klubunda kapitanla yeni müqavilə
- 03 Okt 2021 19:20
- 427
İtaliyanın “Roma” klubu futbolçusu Lorenso Pelleqrininin müqaviləsini yeniləyib.
Rekord.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
25 yaşlı yarımmüdafiəçi ilə müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalanıb.
“Canavarlar”ın kapitanı olan Pelleqrini bu mövsüm A Seriyasında 3 qol vurub.