İtaliyanın “Latsio” klubu futbolçusu Luis Alberto ilə müqavilənin müddətini uzadıb.

Rekord.az xəbər verir ki, 28 yaşlı futbolçuyla imzalanan yeni müqavilənin müddəti 2025-ci ilədək nəzərdə tutulur. 

Onun əvvəlki müqaviləsi 2022-ci ilin yayına qədər idi.

2016-cı ildən “Latsio”nun şərəfini qoruyan ispan futbolçu, komandada keçirdiyi 136 oyunda 26 qolla yadda qalıb.