İtaliyanın “Latsio” klubu müdafiəçisi Ştefan Radu ilə müqavilənin müddətini artırıb.

Rekord.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

34 yaşlı rumıniyalı futbolçu ilə yeni müqavilə 2022-ci ilin yayına qədər nəzərdə tutulub. Əvvəlki sözləşmənin müddəti bu yaya kimi idi.

Qeyd edək ki, Ştefan Radu 2008-ci ildən “Latsio”da çıxış edir. Rumıniya yığmasının sabiq üzvü İtaliya klubunda bütövlükdə 412 matça çıxıb, 8 qol vurub, 21 məhsuldar ötürmə edib. Təcrübəli futbolçu 2005-2008-ci illər aralığında da yetirməsi olduğu Buxarest “Dinamo”sunda forma geyinib.