“Roma” yarımmüdafiəçisi Stefan El-Şaaravi ilə yeni müqavilə bağlayıb.

Rekord.az xəbər verir ki, 30 yaşlı vingerlə yeni anlaşma 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

El-Şaaravi paytaxt klubunda bütövlükdə 231 oyuna 58 qol vurub. İtaliyalı vinger “Cenoa”, “Padova”, “Milan”, “Monako” və “Şanxay Şenhua” kimi klublarda da forma geyinib, İtaliya millisində 29 oyuna 6 qol vurub.

“Roma” İspaniyadan olan yarımmüdafiəçisi Karles Peresi də “Selta”ya satıb. 25 yaşlı vinger 2022-ci ilin avqustunda icarə əsasında La Liqa klubuna keçmişdi. İspanlar 5,2 milyon avro ödəməklə onun transfer hüquqlarını da alıblar. “Barselona”nın yetirməsi olan Karles Peres “Roma”da 76 oyuna 8 qol, “Selta”da isə 38 oyuna 5 qol vurub.