
Paytaxt klubunda yeni müqavilə
- 13:22
- 41
“Roma" yarımmüdafiəçisi Leandro Paredeslə müqavilə müddətini artırıb.
Rekord.az xəbər verir ki, bu barədə paytaxt klubu məlumat yayıb.
30 yaşlı yarımmüdafiəçi ilə bu ilin yayında bitəcək müqavilə müddəti bir mövsümlük uzadılıb. 30 yaşlı argentinalı futbolçu ilk dəfə 2014-cü ildə "Roma"ya keçib. Üç ildən sonra komandanı tərk edən Paredes 2023-cü ildə yenidən İtaliya klubuna qayıdıb.
Paredes cari mövsümdə 27 matçda 1 qol vurub, 2 ötürmə müəllifi olub.