Futbol üzrə Xorvatiya çempionatında 2019/20 mövsümünün qalibi müəyyənləşib.

Rekord.az xəbər verir ki, Zaqrebin “Dinamo” klubu sona 6 tur qalmış çempionluğunu rəsmiləşdirib.

Turnir cədvəlində 72 xalla lider olan “Dinamo” ən yaxın izləyicisi “Qoritsa”nı 19 xal qabaqlayır.

Paytaxt təmsilçisi tarixində 21-ci dəfə Xorvatiya çempionu adını qazanıb.