İngiltərənin "Tottenhem" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi "Lids"in yarımmüdafiəçisi Arçi Qreyi transfer edib.

18 yaşlı futbolçu ilə 6 illik müqavilə imzalanıb. Qrey London təmsilçisində 14 nömrəli formanı geyinəcək.

Gənc futbolçunun transferi 47,2 milyon avroya başa gəlib.

Qrey "Lids"in heyətində 52 oyuna çıxıb və ötən mövsüm Çempionşipdə ilin ən yaxşı gənc futbolçusu seçilib.