"Fənərbağça"nın sükanı arxasına keçəcəyi gözlənilən Manuel Pelleqrininin yeni klubu bəlli olub.

Rekord.az xəbər verir ki, 66 yaşlı çilili mütəxəssis İspaniyada "Real Betis" ilə anlaşıb.

Məlumatı baş məşqçinin meneceri təsdiqləyib. "Real Betis" klubunun rəhbərliyi də mütəxəssislə görüşün keçirildiyini və onunla tezliklə müqavilə imzalayacaqlarını bildirib.