"Marca" nəşri penaltini ən düzgün yerinə yetirən futbolçuların siyahısını dərc edib.

Rekord.az xəbər verir ki, siyahının ilk pilləsində "Real"ın oyunçusu Eden Hazard qərarlaşıb.

Belçikalı futbolçu karyerasında ərzində 49 dəfə 11 metrlik cərimə zərbəsi vurub və yalnız onun 7-ni qeyri-dəqiq yerinə yetirib. "Real"ın digər hücumçusu Kərim Benzema 2-ci, "Yuventus"un oyunçusu Kriştiano Ronaldo 3-cü olub.

"TOP-10"

1. Eden Hazard ("Real") — 49 penalti (7 uğursuz cəhd, 88 faiz düzgün zərbə)

2. Kərim Benzema ("Real") — 15 (2, 88 faiz)

3. Kriştiano Ronaldo ("Yuventus") — 121 (22, 85 faiz)

4. Harri Keyn ("Tottenhem") — 37 (7, 84 faiz)

5. Luis Suares ("Barselona") — 40 (9, 82 faiz)

6. Məhəmməd Salah ("Liverpul") — 13 (3, 81 faiz)

7. Neymar (PSJ) — 51 (13, 80 faiz)

8. Serxio Aquero ("Mançester Siti") — 46 (13, 78 faiz)

9. Lionel Messi ("Barselona") — 89 (26, 77 faiz)

10. Antuan Qrizmann ("Barselona") — 17 (8, 68 faiz)