
Perişiçdən "İnter"ə mesaj
- 2022-05-13 18:20
- 269
"İnter"in futbolçusu İvan Perişiç klubla müqaviləni yeniləyib-yeniləməyəcəyi barədə suallara cavab verib.
Rekord.az "Sky Sports"a istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi deyib:
“Müqavilənin uzadılıb-uzadılmayacağı barədə heç nə bilmirəm. Amma vacib oyunçularla sözləşmə yeniləməyi son dəqiqəyə qədər gecikdirmək olmaz ...”
Qeyd edək ki, Perişiç "İnter"ə 2015-ci ildə "Volfsburq"dan keçib. O, bu müddət ərzində "İnter"də 250 matçda 52 qol vurub və 48 qolun ötürməsini verib. Onun sözləşməsi bu ilin yayına qədərdir.