Türkiyənin “Yeni Malatyaspor” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisi perulu yarımmüdafiəçi Kristian Kuevanı heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı futbolçu 2020/21 mövsümünü icarə əsasında “Yeni Malatyaspor”da keçirəcək.

Müqavilə ilə “Santos”a (Braziliya) məxsus olan Kueva Peru milli komandasının da üzvüdür. Son olaraq “Paçuka”nın uğurları üçün çalışan futbolçu karyerası ərzində “Krasnodar”, “San Paulo”, “Toluka”, “Alyansa Lima”, “Rayo Valyekano”, “Yunion Espanyola”, “Universidad Sezar Valyexo”, “Universidad San Martin” klublarında da oynayıb.