Kikboks üzrə dünya çempionu, "Qəbələ" İdman Klubun üzvü Pərviz Abdullayev (“Kobra Pərviz”) yenidən Türkiyənin məşhur “Survivor” yarışmasına qatılacaq. Budəfəki yarışmaya müxtəlif illərdə xüsusi populyarlıq qazanmış iştirakçılar dəvət alıb. “Survivor All Star” adı ilə yayımlanacaq veriliş sabah start götürəcək. Rekord.az-ın əldə etdiyi məlumata görə, 2020-ci ildə baş tutan verilişdə böyük rəğbət qazanmış Pərviz Abdullayev də yarışda olacaq.

 

İlkin heyətin üzvləri arasında adı açıqlanmasa da, Abdullayev yarışmanın yayımlanacağı "TV8" kanalının rəhbəri Acun Ilıcalının planına əsasən sonrakı mərhələlərdə adaya yollanacaq.