Pevtsov Avropa çempionatında 7-ci oldu
- 29 May 2022 13:40
- 499
Triatlon üzrə Azərbaycanın yığmasının üzvü Rostislav Pevtsov Polşanın Olştın şəhərində keçirilən supersprint üzrə Avropa çempionatında 7-ci yeri tutub.
Rekord.az xəbər verir ki, yarış iki mərhələdən ibarət olub. Pevtsov yarımfinalda üçüncü nəticə göstərərək finala yüksəlib.
Final mərhələsində təmsilçimiz 71 idmançının mübarizə apardığı yarışı 23 dəqiqə 38 saniyəlik nəticə ilə başa vurub.
Rostislav 300 metrlik su məsafəsini 3 dəqiqə 39 saniyəyə qət edib. Ardınca idmançımız 8 kilometrlik velodistansiyanı 12 dəqiqə 33 saniyəyə başa vurub. Nəhayət, yarışların sonuncu mərhələsi - 2 kilometrlik qaçış zolağını təmsilçimiz 5 dəqiqə 47 saniyə nəticə ilə tamamlayıb.
Turnirin qalibi almaniyalı Valentin Vernts olub.