Peyman Babayi: "Azərbaycan futbolunu "Qarabağ"a görə tanıyırlar" MÜSAHİBƏ
- 23 Noy 2019 11:00
- 1099
"Sumqayıt"ın futbolçusu Peyman Babayi Premyer Liqanın XII turunda evdə "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra müsahibə verib. Rekord.az həmin müsahibəni sizə təqim edir:
.
- Çətin matç oldu. Ötın tur "Sabah"la çox yaxşı çıxış edib, 3 xal qazanmışdıq. Bu həftə "Qarabağ"ın oyununu təhlil edib, zəif nöqtələrini öyrənmişdik. Birinci hissədə qol buraxmamaq üçün müdafiədən oynayırdıq. İkinci hissədə qol epizodlarımızın olacağını bilirdik. Çox sevinirəm ki, hər iki epizodda fərqləndim. Bu mövsüm "Qarabağ"ı ilk məğlub edən komanda "Sumqayıt" oldu. Növbəti turda isə "Keşlə" ilə qarşılaşacağıq. Çalışacağıq ki, yaxşı oynayaq.
- Qolların ikisi də eyni vəziyyətdə, eyni küncə vurdun. Bunu hücumçunun bacarığı, yoxsa müdafiəçinin kobud səhvi ilə əlaqələndirmək lazımdı?
- Bilirsiniz ki, ölkənin ən yaxşı müdafiəçiləri, qapıçısı "Qarabağ"dadı. Azərbaycan futbolu bu komandayla tanınır. Əvvəlcə baş məşqçimiz Ayxan Abbasova təşəkkür edirəm ki, bu vəziyyətlərdə üzərimdə çox işləyib. "Zirə"ilə görüşdə də 3-4 qol epizodum oldu, istifadə edə bilmədim. Lakin Abbasov mənə çox dəstək oldu. Epizodlardan yararlanıb, qola çevirə bildiyim üçün sevinirəm.
- Valideynlərin də oyunu izləyirdi. İkinci qoldan sonra onlara yaxınlaşdın. Ata-ananın stadionda olması sənin üçün stimul oldu?
- Birinci dəfə idi ki, oyunumu izləmək üçün stadiona gəlmişdilər. Çox sevinirəm. Hər iki qolumu onlara həsr edirəm.