Paytaxtda və regionlarda mövcud olan, eləcə də davam edəcəyi proqnozlaşdırılan qarlı hava şəraiti ilə əlaqədar olaraq Peşəkar Futbol Liqası 2-ci Liqanın 24-25 fevral tarixlərində keçirilməsi nəzərdə tutulan oyunlarının təxirə salınmasına qərar verib.


Rekord.az xəbər verir ki, oyunların 27, 28 fevral və 1 mart tarixlərində keçirilməsi qərara alınıb.


27 fevral


“Qusar” – “Füzuli”

Neftçi Futbol Mərkəzi (4-cü meydança), 13:00


“Şəfa” – “Dinamo”

“ASK Arena”, 14:00


28 fevral


“Göygöl” – “Saatlı-Araz”

Göygöl OİK stadionu, 14:00


“Şahdağ Qusar” – “Kür-Araz”

Şamaxı OİK stadionu, 14:00 


1 mart


“Hypers Guba” – “Şəmkir”

Quba OİK stadionu, 14:00


“Sheki City” – “Lerik”

Şəki şəhər stadionu, 14:00


“Ağdaş” – “Şimal”

Ağdaş şəhər stadionu, 14:00