PFL bir matçın başlama saatını dəyişdirdi
- 12 Dek 2023 12:18
- 201
"ASCO Arena"nın işıqlandırma sistemində bir müddət öncə yaranmış problemə görə təmir-bərpa işləri hələ də davam etdiyi üçün Misli Premyer Liqasının 17-ci turunun “Səbail” və “Qəbələ” komandaları arasında baş tutacaq oyununun vaxtı dəyişdirilib.
Rekord.az xəbər verir ki, “Səbail” klubunun vəziyyətlə bağlı yenilənmiş müraciətinə əsasən “Qəbələ” klubu PFL tərəfindən məlumatlandırlıb.
PFL-in yekun qərarına əsasən oynanılması əvvəlcədən 17:00-da nəzərdə tutulmuş görüşün gün və məkan eyni saxlanılmaq şərti ilə saat 13:00-da baş tutmasıına qərar verilib.