PFL bir oyununun keçirilmə yerini dəyişdirdi
- 28 Okt 2020 16:30
- 644
Futbol üzrə Azərbaycan Birinci Divizionunda 4-cü turun MOİK - "Sabah-2" oyununun keçirilmə yeri dəyişdirilib.
Rekord.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, görüş öncədən nəzərdə tutulduğu kimi Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda yox, "ASCO Arena"da keçiriləcək.
Birinci Divizion
4-cü tur
30 oktyabr
MOİK – “Sabah-2”
Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Teymur Teymurov, Tural Qurbanov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Kərim Ağayev.
Bakı. "ASCO Arena", 14:00.