İşğaldan azad olunmuş Cəbrayılın Azərbaycanın peşakər futbol yarışlarında yeganə təmsilçisi "Mərcanlı" olub.

Rekord.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının "Facebook" səhifəsində məlumat verilib.

Sözügedən komanda 1992-ci il mövsümündə Birinci Dəstədə mübarizə aparıb. Lakin "Mərcanlı" 7 oyundan (1 qələbə, 2 heç-heçə, 4 məğlubiyyət) sonra çempionatdan çıxdığı üçün nəticələri ləğv olunub. 

1992-ci ildən sonra Azərbaycanın heç bir liqasında Cəbrayılı təmsil edən komanda olmayıb.