Məlum olduğu kimi, II Liqada çıxış edən klublar da ölkə kuboku uğurunda yarışlarda iştirak edəcək.

Rekord.az xəbər verir ki, bu klubları yarışlara buraxan PFL müəyyən şərtlər irəli sürüb.

Həmin şərtlərdən biri də stadionla bağlıdır. Heç kimə sirr deyil ki, II Liqada çıxış edən komandaların böyük əksəriyyətinin stadionları Premyer Liqa tələblərinə cavab vermir. Əgər hansısa komanda ölkə kubokunda uğurlu çıxış edib bir neçə mərhələ dəf edərsə və Premyer Liqa klubu ilə üz-üzə gələrsə, o zaman PFL həmin komandanın stadionuna yenidən baxış keçirəcək. Əgər stadion Premyer Liqa klublarını qəbul etməyə imkan verməsə, o zaman həmin II Liqa təmsilçisi PFL-in təklif etdiyi və Premyer Liqa tələblərinə cavan verən stadionlardan birini seçmək məcburiyyətində qalacaq.