PFL-dən “İmişli” - “İrəvan” matçı ilə bağlı rəsmi açıqlama
- 18 Okt 2023 16:00
- 746
I Liqanın 4-cü turunun "İmişli" - "İrəvan" oyunu baş tutmayıb.
Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə bunlar qeyd olunub:
“Bu gün keçirilməli olan “İmişli” – “İrəvan” görüşü qonaq komandanın oyuna gəlməməsi səbəbindən baş tutmayacaq. Qarşılaşma ilə bağlı yekun qərar AFFA İntizam Komitəsi tərəfindən veriləcək”.
Xatırladaq ki, "İrəvan" futbolçuları maaş ala bilmədikləri üçün görüşü boykot ediblər. Komanda 4 turdan sonra 10 xalla turnir cədvəlinə başçılıq edir.