PFL-ə söz verdilər: oyuna çıxacayıq!
- 25 Okt 2023 17:00
- 532
PFL "İrəvan"dakı son durumla bağlı klub rəhbərliyi ilə əlaqə saxlayıb.
Rekord.az-a daxil olan məlumata görə, klub rəhbərliyi PFL-ə söz verib və əmin edib ki, onlar "Şamaxı" ilə oyuna çıxacaqlar.
Hansı heyətlə, hansı futbolçularla, bax bu, çox maraqlıdır.
Qeyd edək ki, "İrəvan" futbolçuları 3 aydır maaş almadıqları üçün "İmişli" ilə səfər matçına getməkdən imtina edib və onlara 0:3 hesablı texniki məğlubiyyət verilib. Komanda növbəti turda "Şamaxı"nı qəbul edir və oyun 26 oktyabr saat 13:00-da "ASK Arena"da oynanılmalıdı.