Son zamanlar ölkəmizdə koronavirusa yoluxma və ölüm sayındakı kəskin azalma yenidən yumşaldılmalara gətirib çıxardı. Yumlaşmalar yanvarın 25-də və fevralın 1-də dı davam edəcək.

Rekord.az-a daxil olan məlumata görə, fevraldan etibarən PFL də azarkeşlərin stadiona qayıdışını təmin etmək istəyir.

Təbii ki, müəyyən faiz və sosial izolyasiya qaydalarına əməl etmək şərti ilə. Hazırda bununla bağlı AFFA rəhbərliyi ilə də danışıqlar gedir və ayın sonuna kimi məsələ ilə bağlı qərar veriləcək.