Yeni mövsümdən "Kəpəz"in loqosunda olan 3 ulduz yığışdırılacaq.

Rekord.az xəbər verir ki, bu, PFL-in müdaxiləsindən sonra reallaşıb.

Belə ki, Gəncə təmsilçisi daha öncə qazandığı 3 çempionluğun hər birinin şərəfinə 1 ulduz olmaqla, loqosuna 3 ulduz əlavə etmişdi. Yenilənmiş əsasnaməyə görə isə, yalnız beş dəfə Azərbaycan çempionu olan klub öz loqosuna 1 ulduz əlavə edə bilər. Hələ ki, loqosunda ulduz daşıyan iki komanda var: "Qarabağ" və "Neftçi". 

 

ƏVVƏLKİ

 

HAZIRKI