Misli Premyer Liqasında 2-ci turun iki oyununun başlama saatı dəyişdirilib.

Rekord.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, avqustun 12-nə təyin olunmuş "Araz Naxçıvan" - "Qəbələ" matçı saat 18:30-da, "Zirə" - "Kəpəz" görüşü isə 21:00-da başlayacaq.

Daha öncə Zirədəki matçın saat 18:30-da, digər matçın isə 21:00-da başlayacağı açıqlanmışdı.

Qurumdan bildirilib ki, dəyişiklik təşkilati işlərlə əlaqədardır.