Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

Rekord.az xəbər verir ki, mərasim 18 iyul tarixində AFFA-nın inzibati binasında baş tutacaq.

Saat 15:00-da başlanacaq tədbirə bütün media nümayəndələri dəvətlidir.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 4-də start götürəcək.