PFL rəsmisi Fransa klubunun oyununa təyinat aldı
- 11 Sen 2023 17:00
- 344
Peşəkar Futbol Liqasının icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan yeni təyinat alıb.
Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Fransada "Renn" və İsrailin "Makkabi" (Hayfa) komandaları arasında keçiriləcək Konfrans Liqasının I turunun oyununda UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma sentyabrın 21-də Renn şəhərində baş tutacaq.