
PFL rəsmisi İtaliya klubunun oyununa təyinat aldı
- 00:28
- 38
Peşəkar Futbol Liqasının icraçı direktoru Zaur Hacı-Məhərrəmov yeni təyinat alıb.
Rekord.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, o, Konfrans Liqasının 1/8 final mərhələsində Yunanıstanda yerli "Panatinaikos" və İtaliyanın "Fiorentina" komandaları arasında keçiriləcək oyunda UEFA nümayəndəsi olacaq.
Qarşılaşma martın 6-da baş tutacaq.