Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov yeni təyinat alıb.

Rekord.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, o, Türkiyədə yerli "Başakşəhər" və Gürcüstanın "İberiya" komandaları arasında keçiriləcək Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma avqustun 15-də baş tutacaq.